İyunun 20-dən etibarən "Azercell"in "iVi" xidməti ləğv ediləcək.
FED.az xəbər verir ki, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla müvafiq olaraq xidmətin növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.
Abunəçilər "Azercell"in yenilənmiş rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə daxil olaraq tanış ola bilərlər.
Abunəçilərə göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.