2024-cü ildə Azərbaycanda peyk rabitəsi sahəsindən əldə olunan gəlirlər 49 milyon 175 min manata enib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu rəqəm, ötən ilin göstəricisi ilə müqayisədə 4 milyon 203 min manat və ya 7,9% azalma deməkdir.
Qeyd edək ki, 2023-cü ildə bu sahədən əldə olunan gəlir 53 milyon 378 min manat təşkil etmişdi.