2024-cü ildə Azərbaycanda internet xidmətlərinin göstərilməsi sahəsindən əldə olunan gəlirlər 470 milyon 972 min manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu rəqəm ötən ilin göstəricisi ilə müqayisədə 106 milyon 23 min manat və ya 29,1% artım deməkdir.
Qeyd edək ki, 2023-cü ildə bu sahədən əldə olunan gəlir 364 milyon 949 min manat təşkil etmişdi.