“Motorola” biləyə taxıla bilən əyilə bilən mobil telefon təqdim edib.
Mobil telefonların qeydiyyatı rüsumu azaldıldı - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı yeni məhsul “Lenovo”nun innovasiya və texnologiyalar konfransında nümayiş olunub.
Məlumata görə, smartfonun 6.9 düymlük ekranı müxtəlif müxtəlif bucaq altında əyilə bilər. Dayanma rejimində smartfon stolüstü saata çevrilir və ekranı artıq 4.6 düym olur.
Saat rejimində telefonu birbaşa biləyə taxmaq olar, lakin onun əldə nə dərəcədə komfort olduğu hələ məlum deyil. “Motorola” həmçinin istifadəçilərə telefona öz şəxsi üslublarını əlavə etməyə imkan verən generativ AI modelini inkişaf etdirdiyini açıqlayıb.