FED.az xəbər verir ki, "Kontakt Home" hüquqşünas (müqavilələr üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Tələblər:
- Ali Hüquq təhsili;
- Dil bilikləri (ingilis dili mütləq, rus dili arzuolunan);
- Geniş iş təcrübəsi arzuolunan deyil (bunu elanda qeyd etməyə də bilərsiniz);
- Office proqramlarında işləmək bacarığı;
- Loyallıq, məsuliyyətlilik.
Əmək funksiyaları:
- Rəsmi sənədlərlə işləmək bacarığı, müqavilələrin ekspertizası;
- Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
- Müqavilələrin tərtibi, rəsmiləşdiriməsi və onların icrasına nəzarət;
- Şirkətdaxili sənəd dövriyyəsinin icra olunması;
- Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının icra olunması;
- Digər korporativ hüquqi fəaliyyətlər.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və əmək şəraitinin təmini;
- İş vaxtı: həftənin 5 günü, istirahet günü: şənbə, bazar;
- Əmək haqqı – rəqabətə davamlı əmək haqqı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas (müqavilələr üzrə mütəxəssis)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.