FED.az xəbər veri ki, "Kontakt Home" İcraçı (Hüquq şöbəsi) vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax:
Eləcə də bax: "Xalq Bank" işçi axtarır - VAKANSİYA
Tələblər:
• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük verillir)
• Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
• Məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
• Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək
• Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək
• Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
• Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
• Müvafiq məlumat bazası yaratmaq
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “İcraçı (Hüquq şöbəsi)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.