Texnologiya dünyasının lideri «Google» uzun müddətdir texnologiya sahəsində ideal iş yeri sayılırdı. Amma indi bəzi indiki və keçmiş işçilər şirkətin bu sahədəki nüfuzunun dəyişdiyini bildirirlər.
FED.az xəbər verir ki, süni intellektlə bağlı startaplar, ixtisarlar və daha böyük təsirə malik olmaq istəyi karyera seçimi qərarlarına təsir edir.
«Həyatı dəyişəcək qədər qazanc»
Məsələn, ildə təxminən 1 milyon dollar qazanmaq imkanı proqramçı Yusif İmranı Google-da saxlamaq üçün kifayət etməyib. 2025-ci ildə İmran «Google»da müştərilərlə iş üzrə menecer vəzifəsində 986 000 dollar qazanıb. Bu məbləğin 170 min dolları baza maaş, qalan hissə isə satışdan gələn bonuslar olub.
Buna baxmayaraq İmran süni intellekt sayəsində yeni yaradılan şirkətlərdə «həyatı dəyişəcək qədər qazanc» imkanı görüb.
«Google» yaxşı maaş verir, amma «OpenAI» və «Anthropic»dəki səhm paketləri (hansı ki işçilərə verilir – FED.az) bu başqa səviyyədir» — deyə San-Fransiskoda yaşayan 41 yaşlı İmran bildirir.
Üstəlik, son illər öz istedadlı iş yoldaşlarının işdən çıxmasını müşahidə etdikcə, o öz iş yerinin sabitliyinə inamı itirib. İmran son aylar suni intellktlə məşqğul olmağa başlayıb və apreldə «Google»dakı işindən ayrılıb. Bundan sonra o Süni intellekt əsasında satış alətləri yaratmaq üzrə startap yaradıb.
«İşçilər üçün cənnət»… köhnəlib
Uzun illər «Google»un işəgtürən kimi yüksək imici onun axtarış sistemi kimi etalon sayılırdı. Geniş kampuslar, səxafətli güzəştlər və bonuslar, milyardlarla insanın istifadə etdiyi məhsulları yaratmaq bu işrkəti dünyanın ən arzulanan iş yerlərindən birinə çevirmişdi. Bu reputasiya indi də dəyişməyib, hər şey olduğu kimi qalıb, amma bəzi işçilər üçün bu daha əvvəlki kimi cəlbedici deyil.
Şirkəti bu yaxınlarda tərk edən 6 nəfər də daxil olmaqla, 12 hazırkı və keçmiş «Google» işçisi ilə aparılan müsahibələr göstərir ki, süni intellekt bumu bəzi «Google» işçiləri üçün kənarda çox cəlbedici imkanlar yaradıb. Son həftələrdə şirkətin bir neçə yüksək səviyyəli süni intellekt tədqiqatçısı «OpenAI» və «Anthropic»ə keçib.
Lakin süni intellekt bumu «Google» üçün yeganə səbəb deyil. İllərlə davam edən ixtisarlar, iş yerlərindəki yanaşmaların tez-tez dəyişməsi və digər dəyişikliklər şirkətdəki işçilərdə karyeralarını qurmaq «Google»un seçməsində şübhə yaradıb.
«Google» artıq tam təhlükəsiz seçim kimi görünmür
İşəgötürən şirkətləri analiz edən «Universum» şirkətinin fikrincə, «Google» on ildən çoxdur ki, biznes tələbələri üçün dünyanın ən cəlbedici işəgötürəni olub. Lakin 2022-ci ildə o, Apple-dan sonra ikinci yerə düşüb. Xüsusilə ABŞ-da, şirkətin ən son sorğusunda Google 2023-cü ildə biznes tələbələri arasında birinci yerdən beşinci yerə düşüb, baxmayaraq ki, İT tələbələri arasında ən cəlbedici işəgötürən olaraq qalıb.
İlk ixtisarlar işçiləri narahat edib
Hazırkı və potensial işçilər üçün əsas amil iş təhlükəsizliyi, yəni ixtisar riskinin olmamasıdır. 1998-ci ildə yaradılan Google-də 2022-ci ilə qədər genişmiqyaslı ixtisarlar nadir hallarda olub. Amma 2023-cü ildə şirkət təxminən 12 000 iş yerini, yəni işçilərin 6%-ni ixtisar edib. «Google» öz resurslarını süni intellekt sahəsinə yönəltdikcə, idarəetmə səviyyələrini azaltdıqca və pandemiya dövründə işə qəbul qaydalarını dəyişdikcə daha kiçik ixtisarlar və könüllü satınalmalar baş verdi.
Yusif İmran da bildirir ki, onun işdən çıxma qərarına səbəb süni intellekt bumu və son ixtisarlar olub. Təkrarlanan ixtisarlar işçilər arasında Google-dakı karyeralarının sabitliyi barədə narahatlıq yaradıb.
Onlardan biri Coslin Orqildir, o Goolu -da dataların emalı üzrə mühəndis kimi işə başlayandan cəmi 6 ay sonra şirkət 2023-cü ildə ixtisarlara başlayıb. Bu ixtisarlar Orqillə aid olmayıb, o işini saxlaybı. Amma məhz bu ixtisarlardan narahat olaraq o 2025-ci ildə işi tərk edib ki, informatika üzrə doktor dərəcəsi alıb.
«Google» da ofisdə qənaətə başlayıb
«Google» əvvəlki kimi öz işçilərinə çoxsaylı səxavətli güzəştlər təqdim edir. Amma işəilər bildirir ki, son illər şirkətdə iş şəraiti dəyişib.
Məsələn, xərclərnin azaldılması proqramı nəticəsində şirkət bəzi ofis rahatlıqlarını və büdcəni ixtisar edib, ofis kafelərinin iş saatı azaldılıb, səfərlər və şirkət şənlikləri azaldılıb, evdən işləmək qaydaları da sərtləşib,
Google-da baş verən dəyişikliklərin bir hissəsi təkcə bu şirkətə aid deyil, dünyadakı dəyişikliklər iri şirkətlərin əksəriyyətinə təsir edib. İşçilərin ixtisarı, büdcənin azaldılması çox şirkətlərdə baş verir. Digərlərinə baxanda Google hələ də texnologiya sahəsində karyera qurmaq üçün etibarlı iş yeri sayılır.
Bütün işçilər bu iki şirkətdə işləmək istəyir
Amma «OpenAI» və «Anthropic»in İPO-ya hazırlaşdığını nəzərə alanda, işəilərə səhm bağışlanması imkanı bəzi mütəxəssislər üçün cəlbedici məsələyə çevrilib və bu şirkətlərə axın başlayıb. Karyerə məsləhətçisi olan Sundip Teki bildirir ki, ona müraciət və Süni intellekt sahəsində iş axtaran insanların demək olar ki, hamısı məhz bu şirkətlərdə işləmək istəyir.
6 rəqəmli maaşlar da bəzən xoşbəxtlik demək deyil
Bəzi «Google» işçiləri maaşların daha kiçik artımlarından narazılıqlarını bildirsələr də, şirkətin altı rəqəmli maaşları və səxavətli səhm qrantları korporativ dünyanın böyük bir hissəsinin həsədinə səbəb olur. «Google» şirkəti də elan edir ki, şirkət istedadları cəlb etmək və saxlamaq qabiliyyətinə malikdir.
Lakin, bəzi keçmiş «Google» işçiləri üçün hətta şirkətin səxavətli kompensasiyası belə, sürətlə böyüyən süni intellekt şirkətinə qoşulmaq və ya öz şirkətini qurmaq kimi istəyi qarşılamaq üçün kifayət deyil.
Hələlik isə Google da bəzi vəzifələrdə orta maaşlar təqribən bu həddədir:
Proqram təminatı mühəndisi - 186 min dollar (109-370 milyon dollar)
Məhsul Meneceri - 195 min dollar (136-285 min dollar)
Texniki Proqram Meneceri - 190 min dollar (116 - 270 min dollar)
Proqram Meneceri - 175 min dollar (122 - 292 min dollar).





![İldə 1 milyon dollar maaş da - [red]İişçini Google-da saxlaya bilmir[/red] | FED.az](/upload/news/small/3888789.png)
![İldə 1 milyon dollar maaş da - [red]İişçini Google-da saxlaya bilmir[/red] | FED.az](/upload/news/small/3206030.png)
![İldə 1 milyon dollar maaş da - [red]İişçini Google-da saxlaya bilmir[/red] | FED.az](/upload/news/small/389928.png)
![İldə 1 milyon dollar maaş da - [red]İişçini Google-da saxlaya bilmir[/red] | FED.az](/upload/news/small/1118121.png)









