Google yeni hazırladığı bioakustik süni intellekt (AI) modeli ilə bəzi xəstəliklərin erkən diaqnozunu əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.
“ChatGPT”nin aktiv istifadəçilərinin sayı 200 milyonu ötüb
FED.az xəbər verir ki, bu yenilik sadə üsullarla vərəm, həmçinin xroniki obstruktiv ağciyər xəstəliyi və digər tənəffüs yolu infeksiyaları kimi ağır ağciyər xəstəliklərinin erkən diaqnostikasına töhfə verə bilər.
İnternet nəhəngi bu təşəbbüsü “Health Acoustic Representations (HeAR)” adlandırır. Bu süni intellekt modeli öskürmə və asqırma kimi səs siqnalları əsasında xəstəliyin ilkin əlamətlərini aşkar etmək üçün öyrədilir. Google Research-in Texniki Direktoru Şravya Şetti bu barədə fikirlərini bölüşüb: “Bədənimizin çıxardığı səslər sağlamlığımız haqqında çoxlu məlumat saxlayır. Bu bioakustik səslərdə gizlənən incə ipuçları müxtəlif xəstəliklərin öyrənilməsi, diaqnozu, monitorinqi və müalicəsi üsullarında inqilab etmək potensialına malikdir."
Google tədqiqat qrupu HeAR-a müxtəlif, anonim məlumat dəstindən toplanmış 300 milyon audio trek ilə təlim keçib. Konkret olaraq, öskürək modeli təxminən 100 milyon öskürək səsindən istifadə etməklə öyrədilib. Bu texnologiya smartfon mikrofonları vasitəsilə istifadə oluna bilər.
Qeyd edək ki, Google “Salcit Technologies” adlanan tənəffüs xəstəlikləri ilə məşğul olan Hindistan süni intellekt startapı ilə əməkdaşlıq edir. Salcit öskürək səslərini analiz edərək ağciyər sağlamlığını qiymətləndirən “Swaasa” adlı proqram hazırlayıb. Google-a görə, şirkət hazırda HeAR-ın bioakustik süni intellekt modellərinin imkanlarını genişləndirməyə necə kömək edə biləcəyini sınaqdan keçirir.