Feysbuk istifadəçiləri sosial şəbəkələrdəki fotolarda üzlərinin tanınmasını qadağan edə biləcəklər.
FED.az biznes portalı TED.az-a istinadən xəbər verir ki, Feysbuk rəhbərliyi bütün istifadəçilərin sosial şəbəkədəki şəkillərində üz tanıma texnologiyasından istifadəsini qadağan edə biləcək funksiyanı təqdim etməyi planlaşdırır.
Eləcə də bax: "Instagram"ın analoqu yaradılır - ƏSLİNDƏN BÖYÜK OLA BİLƏR
Yeni istifadəçilər üçün bu funksiya əvvəldən qoşulu olmayacaq, yenilik yalnız istifadəçi tərəfindən işə salına biləcək.
Feysbuk bəzi hesablar üçün bu xüsusiyyətin 2017-ci ilin sonundan etibarən mövcud olduğunu açıqlayıb. Sentyabrın 10-dan etibarən bu funksiyadan hər kəs istifadə edə biləcək.
Bundan əlavə, istifadəçilərin üzlərinin tanınması ilə əlaqədar digər parametrlərin də mövcud olacağı bildirilir. Bunlardan ən maraqlısı ələ keçən fotoşəkillərlə bağlıdır: başqasının fotoşəkilini özününkü kimi təqdim edənlər haqqında avtomatik olaraq bildiriş göndəriləcək.