Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir.
FED.az xəbər verir ki, sərgi çərçivəsində SmartCell üz tanıma texnologiyası nümayiş olunur.
Eləcə də bax: Mobil nömrələr üz tanıma texnologiyası ilə satılacaq – AZERCELL MEMORANDUM İMZALADI
SmartCell – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemdir.
SmartCell operatorlar üçün müştərinin və satıcının şəkil (face ID) və elektron imza ilə identifikasiyası, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsi, elektron müqavilə, real vaxt rejimində məlumatların əldə edilməsi, arxiv işlərinin minimallaşdırılması və s. bu kimi üstünlüklər qazandırır. Müştəri üçün isə şəxsin xəbəri və iştirakı olmadan adına nömrənin rəsmiləşdirilməsinin qarşısının alınması, vaxta qənaət, elektron müqavilə və elektron imza ilə əməliyyatın aparılması kimi üstünlüklər qazandırır.
Sözügedən texnologiya gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Müştərilərə məsafədən xidmət üçün isə əvəzsiz resursdur. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də əldə etmək mümkündür. Onu da qeyd edək ki, bütün bunlar qanunvericiliyinə tələblərinə tam uyğundur.
Eləcə də bax: Mobil operator "üz tanıma" ilə nömrə satacaq – MEMORANDUM İMZALANDI
TED