Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətin 40%-dan çoxu telefon rabitəsində formalaşıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1964,2 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,8 faizi əhali tərəfindən istehlak olunub.
Eləcə də bax:Mobil operator "üz tanıma" ilə nömrə satacaq – MEMORANDUM İMZALANDI
2018- ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 815,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.