“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 11.01.2022-ci il saat 23:00-dan etibarən 12.01.2022-ci il gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin abunəçilərinə müraciətində bildirilir.