İKT

"Azercell"in tarif paketlərində - DƏYİŞİKLİK

"Azercell"in tarif paketlərində -  DƏYİŞİKLİK | FED.az
08:15 18 İyun 2020

“Azercell Telekom” MMC bəzi tarif paketlərində dəyişiklik edib.

Eləcə də bax: "Azercell" “Telegram Bot” - RƏQƏMSAL DÜNYADA YENİ BƏLƏDÇİNİZ!

FED.az xəbər verir ki, 21.07.2020-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “My Business 2”, “Sizin Tarif”, “Sizin Tarif+” tarif paketlərində hesablama intervalı 60 saniyə tətbiq olunacaq.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etməsi və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər xəbərlər