«Azercell»dən daha bir yenilik - «Turist» tarif paketi dəyişdirildi - DETALLAR
Ölkənin lider mobil operatoru olan “Azercell Telekom” daha çox xarici vətəndaşların istifadə etdiyi «Turist» tarif paketinə dəyişiklik edib.
FED.az xəbər verir ki, 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketləri və nömrələri üzrə 15 günlük istifadə müddəti artırılaraq 30 gün müəyyən edilməklə abunəçilərə daha rahat istifadə imkanı təmin ediləcək.
Bundan başqa, «Turist» tarif paketləri çərçivəsində təqdim edilən WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok istifadəsi üçün təqdim edilən internet həcmi və ümumi internet istifadəsi ilə bağlı nəzərdə tutulan internet həcmi birləşdirilərək daha rahat və əlverişli istifadə imkanı yaradılır.
Yeniliyə əsasən, Azərbaycan Respublikasına qısa müddətli səfər edən xarici ölkə vətəndaşlarının fakturasız (SimSim) xətt sistemində yalnız “Turist” tarif paketlərinə qoşulma imkanı təmin ediləcək, digər tarif paketlərə qoşulmalara məhdudiyyət qoyulacaq.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi vətəndaşlar “Turist” tarif paketi üzrə 30 gün istifadə müddəti bitdikdən sonra nömrədən istifadəni davam etdirmək üçün müvafiq sənədi təqdim etməklə “Turist” paketlərindən və ya digər tarif paketlərindən istifadəni davam edə biləcəklər.
Qiymət |
Danışıq |
İnternet |
|
Xoş gəldin |
39 AZN |
100 ölkədaxili və beynəlxalq dəqiqə |
30 GB |
Super |
59 AZN |
200 ölkədaxili və beynəlxalq dəqiqə |
60 GB |
Maks |
79 AZN |
300 ölkədaxili və beynəlxalq dəqiqə |
120 GB |
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.