“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib.
FED.az xəbər verir ki, açıqlamada bildirilir ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin 2.7.-ci maddəsinə əsasən yalnız abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dəyişdirilə bilər. Digər hallarda isə kütləvi informasiya vasitələri (“KİV”) ilə abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.