İKT

"Azercell" il ərzində regionlarda 4G şəbəkəsini - 364% ARTIRDI

"Azercell" il ərzində regionlarda 4G şəbəkəsini - 364% ARTIRDI | FED.az
12:03 27 Noy 2019

Beynəlxalq araşdırmalara əsasən Azercell Telekom-un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir.

Eləcə də bax: Azercell Erasmus Tələbə Şəbəkəsinin rəqəmsal - TƏRƏFDAŞI OLUB

Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə
ilk olaraq tətbiq edən Azercell Telekom 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin
əhatəsini 364% genişləndirdi. Hazırda ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə
dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini
gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364%
yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256% yüksəliş
qeyd olunub. Son bir ildə Azercell-in 1129 yeni LTE stansıyası quraşdırılıb. Azercell şəbəkəsində 4G/LTE
traffiki ümumi data trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26% artım
deməkdir.

Avropanın Systemics şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində
Azərbaycanın bütün regionları üzrə Azercell sirkətinin daha ustün 4G/LTE xidməti göstərdiyi təsdiq
olunub.

“Azercell özünün 4G şəbəkəsini 100% genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli
mobil data istifadəsini əlçatımlı və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə
alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin
hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda Azercell-in ilk olaraq test rejimində təqdim etdiyi 5G
şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi
nəticəsidir.”-deyə Azercell Telekom-un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov
bildirib.

Qeyd edək ki, bu ilin noyabr ayının 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən
Azercell Telekom ən yeni nəsl mobil rabitə texnologiyası üzrə araşdırmaları davam etdirərək gələcəkdə
bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır.

Digər xəbərlər