Azərbaycanın poçt operatoru olan “Azərpoçt” MMC tərəfindən 2022-ci ilin noyabrında istifadəyə verilən “Postcargo” karqo xidməti Almaniyadan daşımalara başlamağı planlaşdırır.
İKTA-dan lisenziyasız karqo xidməti göstərən şəxslərə - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə “Azərpoçt”dan bildirilib.
“Türkiyədən həftədə minimum 5 dəfə uçuş həyata keçirən “Postcargo” yanvar ayından ABŞ-dən də sınaq göndərişlərinə başlayıb. Sınaq müddəti uğurla başa çatdıqdan sonra Almaniyadan göndərişlərin icrasına başlanılacaq”,- operator qeyd edib.
Qeyd edilir ki, 2022-cü ildən etibarən “Azərpoçt” klassik daşıma biznesini genişləndirərək karqo xidmətinə keçid edib və “Postcargo” adı altında xaricdən sifariş verilmiş malların sürətli çatdırılmasının icrasına başlayıb. Hazırda vətəndaşlar “Postcargo” vasitəsilə sifariş verdikləri mallarını ölkə üzrə 1 113 məntəqədən təhvil ala bilərlər. Bundan başqa, müştərilər tezliklə bağlamalarını nəinki poçt məntəqələrindən, eləcə də avtomatlaşdırılmış qurğular olan poçtamtlardan da təhvil ala biləcəklər. Hazırda AZ1000 indeksli poçt məntəqəsində yerləşdirilmiş poçtamt qurğusu test mərhələsini uğurla keçib və müştərilərin istifadəsinə verilib. (Report)