Azərbaycan Mərkəzi Bankı ölkədə rəqəmsal fırıldaqçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə banklar, ödəniş təşkilatları və hüquq-mühafizə orqanları arasında avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş sistemin yaradılmasını planlaşdırır.
Kart məlumatlarınızı kənar şəxslərlə paylaşmayın - DİN-DƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı AMB-nin ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov deyib.
Onun sözlərinə görə, ilkin müzakirələr artıq aparılır və sistem fırıldaqçılıq hallarına qarşı mübarizədə “əlamətdar dönüş nöqtəsi” olacaq:
“Vahid platforma şikayətlərin bank və polis arasında itib-batmasının qarşısını alacaq, məlumatların real vaxt rejimində ötürülməsini təmin edəcək və risklərin operativ qiymətləndirilməsinə imkan verəcək. Yeni sistem həmçinin statistikanın tam və dəqiq formalaşdırılmasını mümkün edəcək”. (Apa)










