Banner

İdman

Nestlé şirkəti Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi oldu

Nestlé şirkəti Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi oldu | FED.az
16:40 3 Aprel 2017
Bakı 2017 Islam Həmrəyliyi Oyunları Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Nestlé” Azərbaycan MMC ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

FED.az xəbər verir ki, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan "Nestle" Bakı 2017 Oyunları zamanı idman yarışlarının keçiriləcəyi məkanlarda idmançı və rəsmiləri KIT-KAT şokoladı, NESTLÉ FITNESS və NESCAFÉ-kofe və qənnadı məmulatları ilə təmin edəcək.

Azərbaycan 2017 İslam Həmrəyliyi Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalanma ilə bağlı bildirib ki, daha bir yüksək profilli beynəlxalq brend olan Nestlé Bakı 2017 Oyunlarının çox önəmli təchizatçısı oldu. Elçin Səfərov: “Fürsətdən istifadə edərək Nestle Azərbaycan şirkətinin IV İslam Həmrəyliyi oyunlarının dəstəkçiləri sırasında qoşulması ilə bağlı salamlamaq istərdik və 12 may tarixində başlayacaq Bakı 2017 oyunları zamanı onlarla sıx əməkdaçlıq edəcəyimizə ümid edirik.”

Nestlé Azərbaycan MMC-nin baş direktoru Ceyhun Bəxtiyarlı dedi: "Biz Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ailəsinin bir hissəsi olduğumuza və Azərbaycanda keçiriləcək ən iri idman tədbirinə dəstək verəcəyimizlə fəxr edirik. Mən inanıram ki, qarşıdan gələn tədbir zamanı bütün beynəlxalq aləmin gözü Bakımızda olacaq və Bakı 2015 Avropa Oyunlarına olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək.”

Qeyd edək ki, "Nestlé" Azərbaycan şirkəti, iTicket, Fresco, Milla və Red Bull şirkətlərindən sonra Bakı 2017 Oyunlarına qoşulan növbəti rəsmi dəstəkçi oldu. Bakı 2017 Oyunlarının rəsmi tərəfdaşları isə MicroPlus, BP və AZAL şirkətləridir.

Digər xəbərlər

Banner