UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah" və "Hapoel" (Beer-Şeva, İsrail) komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.
FED.az xəbər verir ki, klubdan bildirilib ki, qarşılaşma üçün artıq 20 minə yaxın bilet satılıb.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Sabah" - "Hapoel" görüşü saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb. (Azərtac)












