6-9 dekabr İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında “Respublika Kuboku” start götürmüşdü.
FED.az xəbər verir ki, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün millilərin heyətini müəyyənləşdirmək üçün keçirilib.
Yarışda 554 idmançı 354 yeniyetmə və gənc, 200 böyük kikboksçular çempionluq üçün mübarizə aparıb.
“Full Contact” versiyası üzrə 91+ çəkidə Kubokun qalibi Astanov Xəyal olub.
DİN - idman cəmiyyətinin idmançısı Xəyal Astanov rəqibinə qalib gələrək birincilik əldə edib. “Respublika Kuboku” Daxili İşlər Naziriliyinin İdman Cəmiyyətinə təqdim olunub.
Qeyd edək ki, bu Kikboksinq üzrə 2022 – ci ilin son yekun yarışı idi.