Kürdəmir şəhər sakini Nurlan Cəbrayılovun Sabirabad rayonu ərazisində iş zamanı yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən ötən il iyunun 20-də ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Azərbaycanda şirkətə işçilərə görə - 20 MİN MANAT CƏRİMƏ YAZILDI
Sabirabad Rayon Prokurorluğundan FED.az-a verilən məlumata görə, istintaq nəticəsində Türkiyə Respublikasının vətəndaşı Bilgi Atıf Niyazi oğlunun “Humix” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən müəssisəsində texnoloq-qablaşdırıcı vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan həmin müəssisədə mühafizəçi işləmiş Nurlan Cəbrayılovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Bilgi Atıf Niyazi oğlu Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.