Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Ölü kart"lara maaş yazırdıq" - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Səlim Müslümova ittiham oldunduğu maddələrlə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Lakin məhkəmə onun dövlətə vurduğu ziyanın əksər hissəsini ödədiyini nəzərə alaraq, cəzanın 5 ili sınaq müddəti seçilməklə şərti hesab edib.
Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.
Sabiq nazir barəsində ev dustaqlığı isə başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib. (Apa)