Elektron pul təşkilatı - “Paysis” MMC-nin fəaliyyəti dayandırılıb.
Qanunsuz qumar oyunları səbəbindən “Paysis”in fəaliyyəti dayandırıldı – İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Paysis”in direktoru “qumar kralı” kimi tanınan Yusif Baqiyevin adamı Samir Nasibovdur.
S.Nasibov da hazırda həbsdədir. O, Şəkili Yusiflə birgə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qumarxana təşkil etmə cinayətlərində ittiham olunur.
Dəstə üzvlərinin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.










