Daxili İşlər Nazirliyi əhaliyə müraciət edərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə polis orqanlarına məlumat verməyə çağırıb.
FED.az xəbər verir ki, nazirliyin nümaynədəsi Anar Qafarov bildirib ki, narkotacirlər barədə məlumat verən şəxslər narahat olmaya bilərlər, onların adları gizli qalacaq, ümumiyyətlə onlara heç kim zəng edib verdiyi məlumatla bağlı izahat istəməyəcək: «Hətta verilən məlumat dəqiq olmasa da, yəni onun həqiqiliyi sübut olunmasa da məlumatı verən şəxsi narahat etməyəcəklər»-deyə DİN nümayəndəsi bildirib.
Anar Qafarov FED.az-a bildirib ki, digər hallarda daxili işlər orqanları anonim məlumatı qəbul etmir, amma norkotiklərlə bağlı məsələdə istisna edilib və anonim müraciətlər də qeydə alınacaq.