Bir müddət bundan əvvəl dövlət başçısını sərəncamə ilə biznes mühiti və reytinqlər üzrə xüsusi komisiya yaradılıb. Komisiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qurup mövcüd vəziyyəti, qanunvericiliyi təhlil etmiş və bir çox mütərəqqi, o cümlədən də məhkəmələrə müraciət imkanları asanlaşdıran təkliflər hazırlayıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Azər Cəfərov bildirib.
Eləcə də bax: 2018-ci ildə 246 mindən çox işə baxılıb
Onun sözlərinə görə ölkə başçısının ötən ilin sonunda təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişiklilərə əsasən, mülki və iqtisadi mübahisələr dar işlər üzrə icratın artıq elektron qaydada aparılması, məhkəmə sənədlərinin tərəflərə, proses iştirakçılarına elektron qaydada dərhal ötürülməsi və dövlət rusumlarının elektron qaydada ödənilməsi mümkün olmuşdu. Artıq 5 ilə yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız elektron məhkəmə informasiyası sistemi vasitəsi ilə, digər mülki işlər bu ənənəvi yolla həmin sistemlə aparılır. Bu müddət ərzində məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötmüşdü. Bunun da hardasa 1000 işi iqtisadi mübahisələrdir.
Vahid Məhkəmə Portalında məhkəmə prosesi iştirakçısının şəxsi kabneti, elektron icraatın çoxsaylı funksiyalarından da artıq istifadə etmək mümkündür.
Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb
11:48
20 May 2019