Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.
Binə qəsəbəsində 4 marketi talayan şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan FED.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb .










