Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə davam etdirilir və bu istiqamətdə prokurorluq orqanları tərəfindən kəsərli tədbirlər həyata keçirilir.
Sabiq rəisə 8 il 6 ay - HƏBS VERİLDİ
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığl birgə məlumatda deyilir.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb.
Qeyd edilən faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.
Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.