Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları dərman preparatlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Eləcə də bax: Gömrük Komitəsi bu adamları axtarır - ƏHALİYƏ MÜRACİƏT
FED.az xəbər verir ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Biləsuvar gömrük postunda İrandan gələn həmin ölkə vətəndaşının idarə etdiyi “Dong Feng” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində, üzərində və şəxsi əşyaların arasında gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı yük avtomobilinin kabinində - yataq yerində və sürücüyə məxsus idman çantasında müxtəlif adda 30 ədəd maz, 2030 ədəd həb və 44 ampula dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.