Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir. Gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar. Həmin şəxsləri tanıyanların komitəyə məxsus telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.