“Baku Electronics” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
“Al Market” gömrük qaydalarını pozub - CƏRİMƏLƏNİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Aynurə Sadıqovadır.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.