“Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Qasımov Tariyel Vahab oğlu barəsində cinayət işi başlanıb.
Eləcə də bax: “Liftəmir” İB-də daha bir yeyinti - CİNAYƏT İŞİ BAŞLADI
FED.az xəbər verir ki, o, külli miqdarda mənimsəmədə təqsirləndirilir.
T.Qasımov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.
Apa