Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Arayik və dəstəsinə ömürlük cəzalar istənildi - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Davit İşxanyan da qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan da verilmiş ittihamlarda təqsirli bilinib. Qukasyanla Sahakyan ayrılıqda 20, Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb.
Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.



![Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs![b][red] - YENİLƏNİB[/red][/b] | FED.az](upload/news/small/525234.jpeg)
![Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs![b][red] - YENİLƏNİB[/red][/b] | FED.az](upload/news/small/3240896.jpg)
![Arayik və daha 4 separatçı ömürlük məhkum edildi - Digərlərinə 19-20 il həbs![b][red] - YENİLƏNİB[/red][/b] | FED.az](upload/news/small/373006.jpg)







