Azərbaycanda mühakimə olunan erməni hərbi cinayətkarlarına cəzalar istənilib.
FED.az xəbər verir ki, Azərbaycana qarşı hərbi təcavüz, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən soyqırımı, terrorçuluq və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib.
Məhkəmədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov çıxış edərək təqsirləndirilən şəxslərin ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirib.
Arayik Harutyunyan - ömürlük həbs
Levon Mnatsakanyan - ömürlük həbs
David Manukyan ömürlük həbs
Davit İşxanyan - ömürlük həbs
David Babayan - ömürlük həbs
Arkadi Qukasyan - 20 il həbs
Bako Sahakyan - 20 il həbs
Madat Babayan - - 20 il həbs
Melikset Paşayan - 20 il həbs
Martirosyan Qarik - 19 il həbs
Davit Allahverdiyan - 18 il həbs
Levon Balayan - 17 il həbs
Vasili Beqlaryan - 16 il həbs
Qurgen Stepanyan - 16 il həbs
Erik Qazaryan - 16 il həbs












