“Xətai Təchizat “ASC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 2024-cü ili şirkət xeyrinə dəyişə bilib
Satışdan gəlirlər 266,4 min manata çatıb ki, bu da illik müqayisədə 28,6 min manatlıq (12,0%) artım deməkdir.
Əməliyyat xərcləri də 265,2 min manata yüksəlsə də, gəlirlərdən daha yavaş (7,2%) artıb.
Bu müsbət dinamika sayəsində şirkət ötən ilki 9,6 min manatlıq əməliyyat zərərinin əksinə olaraq, 2024-cü ildə 1,2 min manat əməliyyat mənfəəti əldə edib.
Mənfəət yarandığı üçün 237,6 manatlıq vergi xərci hesablandıqdan sonra, şirkət ili 950,6 manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilki 9,6 min manatlıq xalis zərərlə müqayisədə 10,5 min manatlıq bir yaxşılaşmadır.
"Xətai Təchizat" ASC ötən il 169,8 min manat cəmi aktivlərə malik olub. Bu il ərzində 59,1 min manat (53,4%) artımdır. Bu artımın demək olar ki, hamısı bir maddənin hesabına baş verib: Ticarət və digər debitor borcları (müştəri alacaqları) 125,7 min manata çataraq, 62,2 min manat artıb və demək olar, iki dəfə böyüyüb.
Cəmi kapital cəmi 96 min manat təşkil edib. Bundan nizamnamə kapitalı dəyyişməyərək 62,3 min manat olaraq qalıb.
Əvvəlki illərin bölüşdürülməmiş mənfəəti isə 32,7 min manata bərabər olub ki, bu da illik müqayisə ilə 9,6 min manat, başqa sözlə 22,7% azalmadır.
Cəmi öhdəliklər 15,6 min manatdan 73,8 min manata sıçrayaraq 4,7 dəfə artıb. Bu böyümənin arxasında isə iki ziddiyyətli proses dayanıb:
Ticarət kreditor borcları (təchizatçılara olan borc) 6,3 dəfə azalaraq 2,5 min manata enib.
Bunun əvəzində isə ötən il olmayan 71,3 min manatlıq yeni “Digər öhdəliklər” maddəsi yaranıb.