"Norm" ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, sement şirkətinin gəlirlər 255,5 min manata çataraq, ötən ilə nisbətən 29,5 min manat (13,1%) artıb. Gəlirlərin artım tempi satışın maya dəyərinin (126,0 min manat) artım tempini üstələdiyi üçün, şirkətin ümumi mənfəəti 129,5 min manata yüksələrək 20,4 min manat (18,7%) artıb.
Müsbət hal kimi, şirkət çatdırılma xərclərini 17,3 min manata endirərək 1,8 min manat (9,4%) azaltmağa nail olub.
Bu amillərin birgə təsiri ilə şirkətin əməliyyat mənfəəti 81,5 min manata yüksəlib ki, bu da illik müqayisədə 17,9 min manat (28,1%) artım deməkdir.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 59,8 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 7,2 min manat və ya 13,7% daha çoxdur.
Şirkətin cəmi aktivləri 280,4 min manata ondan cəmi qısamüddətli aktivlər 127,4 min manata, pul vəsaitləri 41,4 min manata cəmi uzunmüddətli aktivlər isə 152,9 min manata bərabər olub.
Bununla yanaşı cəmi kapital 151,0 min manat təşkil edib.
Şirkətin cəmi öhdəlikləri 129,4 min manata yüksələrək 29,0 min manat (28,9%) artıb. Bu artımın arxasında həm uzunmüddətli öhdəliklərin 23,6 min manata çataraq 15,6 min manat (2,9 dəfə), həm də qısamüddətli öhdəliklərin 105,7 min manata çataraq 13,4 min manat (14,5%) artması dayanıb.