“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 2024-cü ilin 31 dekabr tarixinə bitən il üzrə mənfəət və zərər hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri protalı xəbər portalı hesabat şirkətin satış gəlirlərindəki azalmaya baxmayaraq, xərclərə nəzarət sayəsində il üzrə zərərini ciddi azaltdığını göstərir.
Hesabat dövründə şirkətin satış gəlirləri 297 milyon 374 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü (304 milyon 41 min manat) ilə müqayisədə 6 milyon 667 min manat (2,2%) azalma deməkdir.
Satışların maya dəyəri 129 milyon 779 min manata bərabər olub, ötən illə müqayisədə 31 milyon 344 min manat (19,5%) azalıb.
Nəticədə, şirkətin ümumi mənfəəti 167 milyon 595 min manat təşkil edib. Bu, ötən ilki 142 milyon 918 min manatla müqayisədə 24 milyon 677 min manat (17,3%) artım deməkdir.
Qurumun əməliyyat zərəri 190 milyon 162 min manat olub. Bu da 2023-cü ildəki 227 milyon 88 min manatlıq zərər ilə müqayisədə 36 milyon 926 min manat (16,3%) azalma deməkdir. İnzibati xərclər 37 milyon 791 min manata yüksələrək, 2 milyon 707 min manat (7,7%) artıb.
Satış və paylama xərcləri 12 milyon 264 min manat (7,6%) azalaraq 149 milyon 740 min manata, digər əməliyyat xərcləri 2 milyon 722 min manat (1,6%) azalaraq 170 milyon 226 min manata, maliyyə xərci 5 milyon 222 min manat və ya təxminən 9,1 dəfə azalaraq 849 min manata, iİcarə öhdəlikləri üzrə faiz xərci 36 min manat (29,3%) azalaraq 87 min manata enib.
Məzənnə fərqindən xalis gəlir 51 min manat gəlir təşkil edib.
Digər gəlirlər 44 milyon 186 min manata bərabər olub ki, bu da illik 36 milyon 330 min manat və ya təxminən 5,6 dəfə artıma bərabərdir.
Bütün bu dəyişikliklər nəticəsində şirkətin vergidən əvvəlki zərəri 146 milyon 861 min manat olub. Bu, 2023-cü ildəki 226 milyon 178 min manatlıq zərərlə müqayisədə 79 milyon 317 min manat (35,1%) azalma deməkdir.
Mənfəət vergisi xərci 116 min manat təşkil edib, 1 min manat (0,9%) artım qeydə alınıb.
Nəticədə, il üzrə xalis zərər 146 milyon 977 min manata bərabər olub. Bu, 2023-cü ilin 226 milyon 293 min manatlıq zərəri ilə müqayisədə 79 milyon 316 min manat (35,0%) azalma deməkdir.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” cəmi aktivləri 2024-cü ilin sonu üzrə 1 milyard 15 milyon 814 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (1 milyard 166 milyon 847 min manat) ilə müqayisədə 151 milyon 333 min manat (12,9%) azalma deməkdir.
Cəmi uzunmüddətli aktivlər 959 milyon 847 min manata bərabər olub ki, bu, 2023-cü ilin sonu (1 milyard 95 milyon 439 min manat) ilə müqayisədə 135 milyon 592 min manat (12,4%) azalmadır.
Torpaq, tikili və avadanlıqlar 958 milyon 78 min manat təşkil edib, 135 milyon 624 min manat (12,4%) azalma qeydə alınıb
Qeyri-maddi aktivlər 298 min manat (80,3%) artaraq 669 min manata yüksəlib.
Aktivdən istifadə hüququ 1 milyon 100 min manat təşkil edib. Bu illik müqayisədə 286 min manat (20,6%) azalma deməkdir
Cəmi cari aktivlər isə 55 milyon 967 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (71 milyon 408 min manat) ilə müqayisədə 15 milyon 441 min manat (21,6%) azalmadır.
Mal-material ehtiyatları milyon 587 min manat (11,4%) azalaraq 12 milyon 391 min manata düşüb.
Vergilər üzrə debitor borcu 790 min manat (5,5%) artaraq 14 milyon 952 min manata yüksəlib.
Ticarət və digər debitor borcları 20 milyon 877 min manata bərabər olub. Bu da illik 6 milyon 916 min manat (25%) azalma deməkdir
Avans ödənişləri 411 min manatdan 0 manata düşüb.
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 7 milyon 439 min manata bərabər olub. Son bir il ərzində, 5 milyon 781 min manat (43,9%) azalma qeydə alınıb.
Məhdudiyyət qoyulmuş pul vəsaitləri 1 milyon 346 min manat (və ya təxminən 5,5 dəfə azalaraq 308 min manata düşüb.
Qurumun cəmi kapitalı 535 milyon 80 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (682 milyon 248 min manat) ilə müqayisədə 147 milyon 168 min manat (21,6%) azalmadır.
Səhm kapitalı 2 milyard manatdan çox artımla 2 milyard 400 milyon 427 min manata yüksəlib. (2023-cü il – 400 min manat).
Əlavə ödənilmiş kapital 2 milyard 374 milyon 500 min manat təşkil edib. İllik müqayisəd 4 milyard 729 milyon 578 min manat və ya təxminən 3 dəfə azalma baş verib.
Dövlət investisiyaları 766 milyon 498 min manata bərabər olub. Bu da il ərzində 449 milyon 128 min manat (37%) azalmanın baş verməsi deməkdir.
Digər ehtiyatlar 47 milyon 229 min manat səviyyəsində dəyişməyib.
Yığılmış zərər əvvəlki illə müqayisədə 2 milyard 971 milyon 889 min manat (36,5%) artaraq 5 milyard 53 milyon 574 min manata yüksəlib.
Şirkətin cəmi öhdəlikləri 480 milyon 734 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (484 milyon 599 min manat) ilə müqayisədə 3 milyon 865 min manat (0,8%) cüzi azalmadır.
Cəmi uzunmüddətli öhdəliklər 231 milyon 247 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (224 milyon 652 min manat) ilə müqayisədə 6 milyon 595 min manat (2,9%) artımdır.
Faiz hesablanan kreditlər və borc öhdəlikləri 225 milyon 647 min manat təşkil edib, 6 milyon 262 min manat (2,8%) artım qeydə alınıb..
İcarə öhdəlikləri 124 min manat (22,2%) azalaraq 435 min manata düşüb.
Təxirə salınmış gəlirlər 1 milyon 590 min manat səviyyəsində dəyişməyib.
Ehtiyatlar 457 min manat (14,7%) artaraq 3 milyon 575 min manata yüksəlib.
Cəmi cari öhdəliklər isə 249 milyon 487 min manata bərabər olub. Bu, 2023-cü ildəki 259 milyon 847 min manat ilə müqayisədə 10 milyon 360 min manat (4%) azaldır
Faiz hesablanan kreditlər və borc öhdəlikləri 5 milyon 412 min manat (24,4%) azalaraq 16 milyon 812 min manata düşüb.
Mənfəət vergisi üzrə kreditor borcu 23 milyon 382 min manat səviyyəsində olub. Bu da 23 milyon 642 min manat və ya təxminən 2 dəfə azalmanın baş verməsi deməkdir.
Ticarət və digər kreditor borcları 23 milyon 301 min manat (13,8%) artımla 191 milyon 897 min manata yüksəlib.
İcarə öhdəlikləri 720 min manata bərabər olub, 159 min manat (18,1%) azalma qeydə alınıb.
Təxirə salınmış gəlirlər 14 milyon 290 min manat səviyyəsində dəyişməyib.
Ehtiyatlar 2 milyon 386 min manata bərabər olub. Bu da 5 milyon 118 min manat və ya təxminən 3,1 dəfə azalma deməkdir.












