“Diamed Medical Group”a daxil olan “Diamed Hospital” və ya hüquqi adı ilə“İdeal Tibb Şirkəti” MMC 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 13 milyon 059 min manata yüksəlib. Bu, 2023-cü illə müqayisədə 8 milyon 553 min manat və ya təxminən 2,9 dəfə artımdır.
Sair əməliyyat gəlirləri 57 min manat təşkil edib.
İstifadə edilmiş material ehtiyatları 5 milyon 324 min manat və ya təxminən 8,5 dəfə artaraq 6 milyon 39 min manata yüksəlib.
İşçi heyəti üzrə xərclər 612 min manata bərabər olub. İl ərzində 605 min manat (49,7%) azalma qeydə alınıb.
Amortizasiya xərcləri 55 min manat (11,9%) azalaraq 406 min manata düşüb.
Digər əməliyyat xərcləri 2 milyon 196 min manata bərabər olub. Bu da 2024-cü ilin sonu ilı müqayisədə 940 min manatlıq (74,8%) artım deməkdir..
Sair əməliyyat xərcləri 49 min manat və ya təxminən 3,6 dəfə azalaraq 18 min manata düşüb.
Əməliyyat mənfəəti (zərəri) 3 milyon 844 min manata bərabər olub. Bu da əvvəlki illə müqayisədə 3 milyon 57 min manat və ya təxminən 4,9 dəfə artımın baş verməsi deməkdir..
Maliyyə zərəri 214 min manat təşkil edib.
Vergiqoymadan əvvəl mənfəət 3 milyon 629 min manata bərabər olub, 2023-cü illə müqayisədə 2 milyon 842 min manatlıq və ya təxminən 4,6 dəfə artım qeydə alınıb.
Mənfəət vergisi 726 min manata bərabər olub. Nəticədə 568 min manat və ya təxminən 4,6 dəfə artım baş verib.
Hesabat dövründə xalis mənfəət 2 milyon 904 min manata bərabər olub. Bu da 2023-cü ilin göstəricisindən 2 milyon 273 min manat və ya 4,6 dəfə çoxdur.
“İdeal Tibb Şirkəti” MMC 2024-cü ilin sonu üzrə 18 milyon 484 min manat cəmi aktivlərə malik olub. Bu, 2023-cü ilin sonu (18 milyon 580 min manat) ilə müqayisədə 96 min manat və ya 0,5% azalma deməkdir.
Cəmi uzunmüddətli aktivlər 9 milyon 550 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 661 min manat və ya 7,4% artım deməkdir.
Qeyri-maddi aktivlər əvvəlki illə müqayisədə 98 min manat və ya təxminən 3,8 dəfə artaraq 133 min manata yüksəlib.
Torpaq, tikili və avadanlıqlar 9 milyon 417 min manat təşkil edib ki, bu da illik 562 min manat və ya 6,4% artım deməkdir.
Cəmi qısamüddətli aktivlər 8 milyon 934 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (9 milyon 691 min manat) ilə müqayisədə 757 min manat və ya 7,8% azalmadır. Azalma əsasən pul vəsaitlərinin kəskin azalması ilə bağlıdır.
Ehtiyatlar 3 milyon 790 min manata bərabər olub, nəticəsə, 10 min manat və ya 0,3% artım qeydə alımıb.
Qısamüddətli debitor borcları 2 milyon 253 min manata bərabər olmaqla il ərzində 1 milyon 87 min manat və ya 93,2% artım göstərib.
Pul vəsaitləri və onların ekvivalentləri 2 milyon 688 min manata bərabər olub ki, bu da illik 1 milyon 973 min manat və ya 43,2% azalma deməkdir.
Sair qısamüddətli aktivlər 82 min manat və ya 28,9% azalaraq 203 min manata düşüb.
Cəmi öhdəliklər isə 2024-cü ilin sonu üzrə 11 milyon 699 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (14 milyon 077 min manat) ilə müqayisədə 2 milyon 378 min manat (16,9%) azalmadır.
Cəmi uzunmüddətli öhdəliklər 2024-cü ilin sonu üzrə 2 milyon 540 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (7 milyon 146 min manat) ilə müqayisədə 4 milyon 606 min manat (64,5%) və ya təxminən 2,8 dəfə azalmadır.
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər 2 milyon 488 min manata bərabər olub. Bu da, 2023-cü illə müqayisədə 4 milyon 658 min manat və ya təxminən 2,9 dəfə azalıb.
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər 2024-cü ildə 51 min manat təşkil etdiyi halda, 2023-cü ildə hesabatda göstərilməyib.
Cəmi qısamüddətli öhdəliklər isə 2024-cü ilin sonu üzrə 9 milyon 160 min manat təşkil edib. İllik müqayisədə 2 milyon 228 min manat (32,2%) artım baş verib.
Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər 2 milyon 739 min manata bəabər olmaqla, il ərzində 1 milyon 759 min manat və ya təxminən 2,8 dəfə artıb.
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 74 min manata brəabər olub. ,Son bir il rəzində bu öhdəliklər 47 min manat və ya təxminən 2,7 dəfə artıb.
Qısamüddətli kreditor borcları 344 min manat (32,2%) artaraq 1 milyon 412 min manata yüksəlib.
Sair qısamüddətli öhdəliklər 4 milyon 935 min manata bərabər olub. 2023-cü ilə nəzərən 78 min manatlıq (1,6%) artım qeydə alınıb.
Cəmi kapital 2024-cü ilin sonu üzrə 6 milyon 785 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (4 milyon 503 min manat) ilə müqayisədə 2 milyon 282 min manat (50,7%) 2 dəfə artımdır.
Ödənilmiş nominal (nizamnamə) kapitalı 100 min manat səviyyəsində dəyişməyib.
Hesabat dövrünün xalis mənfəəti ) 3 milyon 869 min manat təşkil edib. Bu,da illik müqayisədə 634 min manat (14,1%) azalmadır.
Bölüşdürülməmiş mənfəət 2 milyon 916 min manat təşkil edib. 2023-cü ildə isə bu göstərici olmayıb.















