“Azərişıq” ASC-nin gəlirləri 2024-cü ildə 1 milyon 710,4 min manat olub. Bu 2023-cü ilin 1 milyon 619,4 min manat göstəricisini 91 min manat və ya 5,6% üstələyib.
Satışın maya dəyəri hesabat ilində 1 milyon 471,1 min manat təşkil edib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 1 milyon 379,9 min manat idi və nəticədə 91,2 min manat yaxud 6,6% artım baş verib.
Ümumi mənfəət göstəricisi 239,3 min manat səviyyəsində olub.
Paylama xərcləri 60,1 min manat olub və bu, illik müqayisədə 1,5 min manat (2,6%) çoxdur. İnzibati xərclər isə 111,5 min manat təşkil edib və bu bir il əvvəlki göstəricini 4,3 min manat (4%) üstələyib.
Ticari debitor borcları üzrə dəyərsizləşmə (zərəri)/bərpası 3 min manat səviyyəsində qeydə alınıb. Halbuki 2023-cü ildə bu göstərici 13,5 min manat zərər təşkil edirdi; beləliklə 10,5 min manat (77,8%) və ya təxminən 4,5 dəfə azalma müşahidə olunub.
Sair xərclər 27,5 min manat olub ki, bu da əvvəlki il ilə müqayisədə 24,3 min manat və ya təxminən 8,7 dəfə artım deməkdir.
Sair gəlirlər isə 21,1 min manat təşkil edib.
Əməliyyat fəaliyyətindən əldə edilən gəlirlər 58,3 min manat səviyyəsində olub ki, bu da 2023-cü ilin 57,2 min manat nəticəsindən 1,1 min manat (1,9%) çoxdur.
Xalis maliyyə xərcləri 27 min manat olaraq qeydə alınıb. Son bir il ərzində 1,4 min manat (5,5%) artım deməkdir.
Mənfəət vergisindən əvvəlki mənfəət 31,3 min manat təşkil edib.
Mənfəət vergisi xərci 15,7 min manat olub.
Nəticə etibarilə, il üzrə mənfəət və cəmi məcmu gəlir 15,6 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin 14,7 min manat nəticəsini 0,9 min manat (6,1%) üstələyib.
"Azərişığ"ın cəmi aktivləri 2024-cü il üzrə 3 milyon 620,7 min manat təşkil edib. Bu məbləğ əvvəlki ilin sonunda olan 3 milyon 237,9 min manat göstəricisindən 382,8 min manat (11,8%) artıqdır.
Cəmi uzunmüddətli aktivlərin həcmi 3 milyon 271,4 min manat olub və bu, il ərzində 408,8 min manat (14,3%) artım deməkdir.
Əmlak, qurğu və avadanlıqların dəyəri 3 milyon 186,5 min manat səviyyəsində qeydə alınıb və bununla da illik 390,9 min manat (14%) artım müşahidə edilib.
Uzunmüddətli aktivlər üzrə ödənilmiş avanslar 72,8 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 16,1 min manat (28,5%) artım deməkdir.
Qeyri-maddi aktivlərin həcmi 12,0 min manat olub. Əəvvəlki ilə nisbətən 1,2 min manat (11,7%) artıb.
Cəmi cari aktivlər 349,3 min manat təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 26,1 min manat (6,9%) azdır.
Mal-material ehtiyatlarının dəyəri 49,9 min manat olub və bu rəqəm il ərzində 12,7 min manat (20,3%) azalıb.
Əvəzləşdirilə bilən ƏDV 27 min manat-a yüksəlib və nəticədə 2,1 min manat (8,5%) artım qeydə alınıb.
Ticari və sair debitor borcları 148,8 min manat təşkil edib; bu göstərici əvvəlki ildən 27,6 min manat (22,8%) çoxdur.
Pul vəsaitləri və onların ekvivalentləri 105,8 min manat səviyyəsində olub.
Sair aktivlər isə 17,8 min manat təşkil edib.
Cəmi öhdəliklər 841,6 min manat olub. Bu məbləğ son bir ildə 73,5 min manat (9,6%) artıb.
Cəmi uzunmüddətli öhdəliklər 177,6 min manat təşkil edib.
Kredit və borc öhdəlikləri 77,7 min manat-a bərabər olub.
Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə ehtiyat 1,7 min manat təşkil edib və nəticədə 0,1 min manat (7,3%) azalma qeydə alınıb.
Təxirə salınmış vergi öhdəlikləri isə 98,2 min manat-a yüksələrək, 16,6 min manat (20,3%) artım göstərib.
Cəmi cari öhdəliklər 664 min manat təşkil edib və bu məbləğ son bir ildə 336,7 min manat (103%) və ya təxminən 2 dəfə artıb.
Kredit və borc öhdəlikləri 398,7 min manata yüksəlib, bu da illik 301,9 min manat (312%) və ya təxminən 4,1 dəfə artım deməkdir.
Ticari və sair kreditor borcları 5 min manat (4,9%) artaraq 107,7 min manata yüksəlib.
Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə ehtiyat 345 manat səviyyəsində olub.
Alınmış avanslar 26,8 min manat (29,5%) artaraq 117,6 min manata yüksəlib.
ƏDV və digər vergi borcları 39,7 min manata çatıb; bu da illik 3,0 min manat (8,2%) artımdır.
Hesabat ilində “Azərişıq” ASC-nin cəmi kapitalı 2 milyon 779,1 min manat olub. Bu rəqəm illik 309,2 min manat (12,5%) artımla müşahidə olunub.
Nizamnamə kapitalı 1 milyon 678,7 min manat səviyyəsində dəyişməz qalıb.
Əlavə ödənilmiş kapital 1 milyon 383,5 min manata bərabər olmaqla, il ərzində 293,7 min manat (27%) artım göstərib.
Yığılmış zərərlər 283,1 min manat təşkil edib. Bu göstərici əvvəlki ilin 298,6 min manat səviyyəsindən 15,5 min manat (5,2%) azdır.















