Laçında avtomobil aşıb.
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mayın 6-da saat 17 radələrində Laçın rayonunun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.