Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi daşımalarla məşğul olan və hazırda ciddi probemlərlə üzləşmiş “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlının videomüraciəti ilə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, açıqlamada deyilir:
«Bu gün sosial şəbəkə səhifələrində “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlının videomüraciəti yayımlanıb. Rəhbəri olduğu şirkətin müflisləşməsində gömrük orqanlarını ittiham edən Arif Şəmistanlı mayın 12-də Dövlət Gömrük Komitəsinə dəvət edilib və müraciətində qaldırdığı məsələlər nəzərdən keçirilib. İlkin məlumata əsasən 2023-cü ildə “Mover” MMC sürətli daşımalarla az həcmdə məşğul olub və onun rastlaşdığı çətinliklər daha əvvəlki illərə təsadüf edir.
Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır».
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.