Mayın 12-də Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüşüb.
Komitənin məlumatına görə, görüşdə müzakirə olunan əsas məsələ Azərbaycan və Gürcüstan arasında mövcud sazişə əsasən inşası nəzərdə tutulan «İpək yolu»-«Abreşumis Qza» gömrük postunun layihəsi olub.
Eləcə də görüşdə iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq, gömrük işinin təşkili ilə bağlı birgə regional layihələr barədə danışılıb.