2024-cü ildə Azərbaycandan 113 milyon 664 min ABŞ dolları dəyərində 154 min 283 ton xurma ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Xurma ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 13 milyon 530 min dollar və ya 11%, miqdar ifadəsilə 10 min 622 ton, başqa sözlə 6.4% azalıb.
Azərbaycandan 2023-cü ildə 127 milyon 194 min dollar dəyərində 164 min 906 ton xurma ixrac edilmişdi.
Bu dövrdə ixrac edilən xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1,25 manata bərabər olub ki, buda illik müqayisədə 6 qəpik və ya 4,5% azdır.