2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 350 milyon 429 min dollar dəyərində 348 min 774 ton meyvə-tərəvəz ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6,8% və ya 22 mln. 319 min dollar, miqdarı isə 13,8% və ya 42 min 398 ton artıb.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan 328 mln. 110 min dollar dəyərində 306 min 376 ton meyvə-tərəvəz ixrac edilib.
Bir ton meyvə-tərəvəzin ixrac qiyməti 2022-ci ilin 6 ayında 1071 dollar ikən, 2023-cü ilin 6 ayında 1005 dollar olub.
Meyvə-tərəvəzin orta ixrac qiyməti son bir ildə 66 dollar, başqa sözlə 6,2% aşağı düşüb.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.95%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.76%-ə bərabər olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.