2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 22 milyon 551 min dollar dəyərində 34 min 776 ton alma ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən almanın dəyəri 80% və ya 10 milyon 21 min dollar, miqdarı isə 86,2% və ya 16 min 96 ton artıb.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan 12 milyon 530 min dollar dəyərində 18 min 680 ton alma ixrac edilib.
Bir ton almanın ixrac qiyməti 2022-ci ilin 6 ayında 671 dollar ikən, 2023-cü ilin 6 ayında 648 dollar olub.
Alamnın orta ixrac qiyməti son bir ildə 22 dollar, başqa sözlə 3,3% aşağı düşüb.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında almanın ümumi ixracda xüsusi çəkisi 0.13%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,27%-ə bərabər olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.