2023-cü ilin yanvar-fevral ayında Azərbaycana xaricdən 11 milyon 992 min dollar dəyərində 7 323 ton ət idxal edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2022-ci ilin eyni ayları ilə müqayisədə ət idxalı dəyər ifadəsində 1.2% azalıb, miqdar ifadəsində isə 2% artıb.
Ötən ilin iki ayında Azərbaycana 12 milyon 132 min dollar dəyərində 7 185 ton ət idxal edilmişdir.
1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1689 dollardan 1638 dollara düşüb (51 dollar azalma).
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.45%-ni təşkil edib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.