Bu ilin yanvar-fevral aylarında 268,1 min ton buğda idxal edilib.
Azərbaycan xaricə zəfərin ixracını - 3 DƏFƏ ARTIRIB - 1 KQ 1300 MANATDIR
FED.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 82 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 51,9 milyon dollar olmaqla, 150,6 min ton buğda idxal edilmişdi.
Hesabat dövründə düyü idxalı da artıb. Belə ki, yanvar-fevral aylarında dəyəri 13,9 milyon dollar olan 16 min ton düyü idxal edilib. Ötən ilin müvafiq dövründə 9 milyon dollar dəyərində 10,9 min ton düyü idxal olunmuşdu.
Qarğıdalı idxalında isə azalma olub. Bu müddətdə 5,2 milyon dollarlıq 17,6 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə 5,4 milyon dollar dəyərində 18,6 min ton qarğıdalı idxal edilmişdi.
Bu ilin ilk iki ayında 1921 ton çay idxal edilib. Ötən il bu rəqəm 1745 olub. Bu müddətdə meyvə-tərəvəz idxalında azalma qeydə alınıb, dəyəri 46,9 milyon dollar olan 70,8 min ton meyvə-tərəvəz idxal edilib. Ötən il məbləği 48,7 milyon dollar olmaqla, 84,7 min ton meyvə-tərəvəz idxal olunmuşdu. (Azərtac)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.