2023-cü ilin yanvar-may aylarında Azərbaycana 134 mln. 904 min dollar dəyərində 450 min 152 ton buğda idxal edilib.
Baş nazir: "Ərzaq təhlükəsizliyinin təmin edilməsi xərcləri 40% artırılıb"
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 25.6% və ya 94 min 527 ton, məbləğ baxımından isə 8.8% və ya 10 mln. 854,64 min dollar çoxdur. 2022-ci ilin ilk 5 ayında Azərbaycana 124 milyon 49 min dollar dəyərində 355 min 625 ton buğda idxal edilib.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında buğdanın idxal qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 14% azalıb. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.