Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 545 milyon 458,37 min ABŞ dolları dəyərində 886 min 802,19 ton neft məhsulları ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesbatına istinadən xəbər verir.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 113 milyon 303,85 min dollar və ya 26,2%, həcmi isə 232 min 157 ton və ya 35,5% artıb.
Xatırladaq ki, ötən il Azərbaycan 432 milyon 154,52 min ABŞ dolları dəyərində 654 min 645,58 ton neft məhsulları ixrac edib.