Bundan sonra Ukrayna sərhədçiləri qnəqliyyat vasitələrini xüsusi mini skanerlərlə yoxlaya biləcəklər.
FED.az xəbər verir ki, fevralın sonunda Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarına yüngül avtomobillərin yoxlanılması üçün mobil mini-skanerlərdən istifadə üzrə təlim keçirilib. Bundan əvvəl isə Avropa İttifaqı Ukraynaya ümumi qiyməti 420 min avro dəyərində on iki belə skaner alıb təhvil verib.
Bu cür qurğular qadağan olunmuş əşyaların, o cümlədən narkotik vasitələrin və atıcı silahların qaçaqmalçılıq yolu ilə daşınmasının qarşısını almağa kömək edir, xüsusilə də müharibə zamanı vacibdir.
Dəyəri 700 min avrodan çox olan mini-skanerlərin ikinci partiyasının çatdırılması 2023-cü ilin mart ayına planlaşdırılır.
Sərhədçilər üçün təlim Aİ tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən “Ukraynada İnteqrasiya edilmiş Sərhəd İdarəçiliyinin Gücləndirilməsinə Aİ Dəstəyi” (EU4IBM) layihəsinin bir hissəsi idi.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.